29 Mart 2024
Azərbaycanda daha bir məmur SAXLANILDI - FOTO

Azərbaycanda daha bir məmur SAXLANILDI - FOTO

21 İyun 2022
Baxış: 401

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat Avtomobil Yollarının Mühafizə Xidməti MMC-də baş tutub.

Əməliyyat çərçivəsində Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin Nəzarət şöbəsinin rəisi Fikrət İsrafil oğlu Hüseynov saxlanılıb.

Hazırda Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.

(qaynarinfo.az)