29 Mart 2024
Azərbaycanda bu tibbi arayışlar pullu olacaq - VİDEO

Azərbaycanda bu tibbi arayışlar pullu olacaq - VİDEO

10 Dekabr 2021
Baxış: 572

İcbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə bəzi arayışların verilməsi də daxildir. Bir sıra arayışlar sığorta hesabına pulsuz, bəziləri isə ödənişli olacaq.

AJMEDİA.İNFO-nun "Xəzər Xəbər"ə istinadən məlumatına görə, bundan sonra bəzi arayışlara görə rüsum ödəniləcək.

Rüsumların məbləğini isə İcbari Sığorta üzrə Dövlət Agentliyi hazırda müəyyənləşdirir.

İki ilə yaxın müddətdir ki, tətbiq edilən və 2500-dən çox ödənişsiz xidməti özündə ehtiva edən Xidmətlər Zərfinə bir çox arayışların verilməsi də daxildir. Gələcəkdə Xidmətlər Zərfi çərçivəsində verilən arayışların sayı artırılacaq.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayından etibarən Azərbaycanda Nazirlər Kabineti tərəfindən Xidmətlər Zərfi təsdiq edilib. Həmin zərfə daxil olan tibbi xidmətlər tam ödənişsiz həyata keçirilir. Arayışlar haqqında məlumat da məhz bu zərfə daxil edilmişdi.

Məsələyə İcbari Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Səbinə Quliyeva münasibət bildirib.