29 Mart 2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTACAQ - RƏSMİ

Azərbaycanda bu şəxslərin MAAŞI ARTACAQ - RƏSMİ

10 May 2022
Baxış: 490

Azərbaycanda Səhiyyə Nazirliyi tabeliyində olan həkim və tibb işçilərinin əmək haqları artırılacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Səhiyyə naziri Teymur Musayev bildirib.

Nazir əlavə edib ki, tibb işçilərinin əmək haqlarının artırılması ilə bağlı mexanizm hazırlanır: "Mexanizm hazır olduqdan sonra ictimaiyyət məlumatlandırılacaq. Proqram çərçivəsində müəyyən mexanizmlər işlənib təklif olunacaq. Bununla da nəinki gənc, eləcə də peşəkar tibb işçiləri regionlara gedib xidmət göstərəcəklər".