25 Aprel 2024
Azərbaycanda bu günə olan yoluxma və ölüm sayı - RƏSMİ

Azərbaycanda bu günə olan yoluxma və ölüm sayı - RƏSMİ

02 İyun 2021
Baxış: 598

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 418 nəfər müalicə olunaraq sağalıb, 4 926 nəfər vəfat edib. 3 944 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 834, bu günə qədər isə ümumilikdə 3 532 472 test icra olunub.