23 Aprel 2024
Azərbaycanda 1 iyundan hansı yumşaldılmalar olacaq? - VİDEO - RƏSMİ AÇIQLAMA

Azərbaycanda 1 iyundan hansı yumşaldılmalar olacaq? - VİDEO - RƏSMİ AÇIQLAMA

19 May 2021
Baxış: 648

Azərbaycanda koronavirusa yoluxanlarla bağlı vəziyyət müsbətə doğru gedir. Həm yoluxanların sayı azalır, həm də virusdan sağalanların sayı xeyli artıb.İyunun 1-də ölkədə xüsusi karantin rejiminin müddəti başa çatır. İnsanları maraqlandıran məsələlərdən biri də iyunun 1-dən sonra hansı məhdudiyyətlərin ləğv edilməsidir.

AJMEDİA.info-nun məlumatına görə, məsələ ilə bağlı ARB24-də yayımlanan “Nə Baş Verir?” verilişində qonaq olan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Vəfa Ağayeva bildirib ki, yoluxanlarla bağlı rəqəmlər hər an dəyişə bilər:

“Bu haqda əvvəlcədən danışmaq çətindir. Çünki iyun ayına iki həftəlik müddət qalır. Biz əvvəlki təcrübədə bir və ya iki həftə ərzində ölkədə koronavirus mənzərəsinin dəyişməsinin şahidi olmuşuq. Bu haqda əvvəlcədən nəsə demək çox çətindir.

Təkcə bizim ölkədə deyil, bütün dünyada koronavirusdan müəyyən qədər qurtulmaq üçün əhalinin 70 faizi vaksin olunmalıdır. Bizim də hədəfimiz budur ki, əhalinin 70 faizi avqust ayına qədər vaksinasiya olunsun”.