28 Mart 2024
Azərbaycana hava yolu ilə daha iki ölkə vətəndaşının giriş-çıxışına icazə verildi

Azərbaycana hava yolu ilə daha iki ölkə vətəndaşının giriş-çıxışına icazə verildi

26 Yanvar 2022
Baxış: 448

Azərbaycana hava nəqliyyatı vasitəsilə daha iki ölkə və orada daimi yaşan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına icazə verilib.

AJMEDİA.İNFO xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında bununla bağlı dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Belarus və Rumıniya vətəndaşları, orada daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana səfər edə biləcəklər.