20 Aprel 2024
Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbərliyi TƏLTİF EDİLDİ - FOTOLAR

Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbərliyi TƏLTİF EDİLDİ - FOTOLAR

16 İyul 2021
Baxış: 3555

Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbərliyi mükafatlandırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Mərkəzin rəhbəri Nəsimi Əbilov "Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi"nin Ağstafa rayon filiali tərəfindən "Əfqanıstandan Sovet Qoşunlarının çıxarılmasının 30 illik yubileyi medalı" ilə təltif olunub.

No description available.

Mərkəzin rəsmi media orqanı olan "AJMEDİA.İNFO"nun baş redaktoru Aron Hanukayev isə "Əfqanıstan Veteranları İctimai Birliyi"nin Ağstafa rayon filiali tərəfindən Azərbaycanın İsrail və eləcə də dünya Yəhudi Diasporları arasındakı əlaqələrinin gücləndirilməsindəki roluna, eləcə də, 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın haqq işinin beynəlxalq aləmdə təbliğ və təşviqindəki xidmətlərinə görə "Fəxri Fərman"a layiq görülüb.

No description available.

Qeyd edək ki, mükafatları sahiblərinə "Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi"nin Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev təqdim edib.

AJMEDİA.İNFO