18 Aprel 2024
Azərbaycan və Ermənistan sərhədində baş verən MÜNAQİŞƏNİN SƏBƏBLƏRİ

Azərbaycan və Ermənistan sərhədində baş verən MÜNAQİŞƏNİN SƏBƏBLƏRİ

23 Sentyabr 2022
Baxış: 578

Azərbaycan və Ermənistan sərhədində sentyabrın 13-də başlayan yenidən münaqişə baş verdi. Ermənistanın açıqcasına Azərbaycanla sülh müqaviləsi imzalanmaqdan imtina edir. 31 Avqust tarixində Brüsseldə keçirilən görüşdən sonra Ermənistan növbəti dəfə təxribata əl atdı. Onu da qeyd etmək lazımdır ki, Ermənistan tez-tez “Dağlıq Qarabağın statusunu dilə gətirməklə sülh danışıqlarına kölgə salır. Buna paralel olaraq, İranın Xarici İşlər Nazirliyindən “regionda geosiyasi dəyişikliklə qəbuledilməzdir “ bəyanatı gəldi. Zəngəzur dəhlizinin açılması sülh prosesinin ana xətlərindən biridir. Azərbaycan öz suveren ərazisini qorumaq üçün “bufer ərazi“ yaratmalıdır. Ermənistan ikinci Qarabağ müharibəsindən sonra dəfələrlər dövlət sərhəsində təxribatlar törədir. Misal olaraq deyə bilərik ki, Türkiyə PKK,YPG ilə mübarizə apararaq, Suriyanın 30 km daxilinə irəliləyərək terrorçularlarla savaşdı. Kəlbəcər və Laçın istiqamətində sərhədin tez-tez pozulması bufer zonanın yaradılması prosesini sürətləndirməlidir. Zəngəzur ərazisi 1920-ci il Sovet Rusiyası tərəfindən Azərbaycandan zorla qoparılaraq Ermənistana verilmişdir. Amerikanın Dövlət Katibi Entoni Blinken isə sərhdəddəki münaqişənin yaranmasının səbəbkarı kimi Rusiyanı görür. O qeyd edib ki, Rusiya Ukraynadan diqqəti yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni təzədən alovlandıra bilər.


Bildiyimiz kimi Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin xətti müəyyən olunmayıb.
Maraqlı məqam ondan ibarətdir ki, bu məsələdə Amerika və Rusiya bir-birinə rəqib ölkə olsa da Azərbaycana dəstək durmur. Çünki böyük dövlətlərin əlində maşa olan Ermənistanı cilovlamaq daha asandır. Azərbaycanın isə regionda artan gücünü qısqanan böyük dövlətlər öz-nöqteyi nəzərindən buna mane olmağa çalışacaqlar.


Zəngəzur dəhlizi məsələsində İran da açıqcasına Ermənistana dəstək olur. Çünki İran bilir ki, dəhliz açılarsa onun regionda təsir gücü daha da zəifləyəcək. Ermənistan son dövrlər Rusiyadan çox İrandan kömək istəyir.
Son günlər Türkiyə-Yunanıstan gərginliyi, Ukrayna-Rusiya müharibəsi və Azərbaycan-Ermənistan arasında olan bu münaqişə onu göstərir ki, regionda toqquşmaların miqyası daha da böyüyəcək. Ermənistan rəhbərliyi sülh sazişini tezliklə imzalamalıdır. Ermənistana son iki ayda ABŞ rəsmilərinin ikinci səfəri baş tutdu. ABŞ kəşfiyyatı CİA-nin direktoru Bill Burns iyul ayında Ermənistana səfər etmişdir. Dünən isə ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana səfər etdi. Noyabr ayında ABŞ-da Nümayəndələr Məclisinə ara seçkilər keçiriləcək. Böyük ehtimal, Nensi Pelosi özünə seçici yığmaqdan ötrü bu səfəri reallaşdırır. Bildiyimiz kimi, erməni məsələsi ABŞ və Fransada seçkilər öncəsi istifadə olunur.


İkinci versiya odur ki, ABŞ Ermənistanda təsir gücünü daha da artırmaq istəyir. Ermənistanın indiki hökuməti Qərb yönümlüdür. Lakin orduya nəzarət Rusiyanın əlindədir. Bundan başqa Ermənistanda ABŞ-ın labarotoriyaları vardır. Rusiya Nikol Paşinyanı hakimiyyətin başında görmək istəmir. İkinci Qarabağ müharibəsindən sonra Robert Koçaryan hakimiyyətə gəlmək istəsə də buna imkan verilmədi.
Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişədən sonra regionda olduqca mürəkkəb siyasi vəziyyət yaranmışdır. Rusiya Ukraynada müharibə aparsa da Cənubi Qafqazı öz təsir dairəsində daima saxlamağa çalışacaq. ABŞ-ın son dövrlər Ermənistanda fəallaşması gərginliyi daha da artıracaq.


Laçın dəhlizindən rahatlıqla istifadə edən Ermənistan Azərbaycana öz ərazisindən dəhliz vermək istəmir. Nensi Pelosinin İrəvana səfəri Ermənistan hökumətini daha da cəsarətləndirib. Ermənistanda Rusiya əleyhinə şüarlar səsləndirilir.


Gedən siyasi proseslərin fonunda Böyük Britaniyanın Azərbaycana siyasi dəstək verməsi daha yaxşı olardı. Bu digər Qərb ölkələrinin neytrallığına səbəb olar. İkinci Qarabağ müharibəsində Böyük Britaniya Azərbaycana öz siyasi dəstəyini göstərdi.

Rüstəm Tağızadə, politoloq

AJMEDİA.İNFO