20 Aprel 2024
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimində növbəti mərhələ icra oldu - VİDEO

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimində növbəti mərhələ icra oldu - VİDEO

17 Sentyabr 2021
Baxış: 657

Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

AJMEDİA.İNFO-nun məlumatına görə,Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.