29 Mart 2024
Azərbaycan şirkəti ABŞ-dan 1,8 milyard dollarlıq – 5 TƏYYARƏ ALIR
Azərbaycan şirkəti ABŞ-dan 1,8 milyard dollarlıq – 5 TƏYYARƏ ALIR

Azərbaycan şirkəti ABŞ-dan 1,8 milyard dollarlıq – 5 TƏYYARƏ ALIR

29 Aprel 2021
Baxış: 3832

ABŞ-ın «Boeing» və Azərbaycanın «Silk Way West Airlines» şirkətləri Azərbaycan tərəfinin 5 ədəd «Boeing 777 Freighter» yük təyyarəsi alacağını elan ediblər

ajmedia.info xəbər portalı "FED.az"a istinadən xəbər verir ki, bu təkcə Azərbaycanda deyil, bütün Xəzər dənizi və Orta Asiya bölgəsində «Boeing 777 Freighter» təyarələrinin alınması üzrə ilk müqavilədir.

«Boeing 777 Freighter» təyyarələri ikimühərrikli olaraq uzaq məsafələrə böyük həcmdə yük daşımaq üçün nəzərdə tutulur və yanacaq sərfi baxamından qənaətlidir. «Boeing» şirkəti artıq elan edib ki, bu təyarələrin alınması yük daşımalara artan tələbatı ödəməyə imkan verəcək.

«Silk Way West Airlines» şirkətində isə bildirirlər ki, yeni təyyarələr şrkətin beynəlxalq yük daşıma şəbəkəsini genişləndirəcək.

«Bu təyyarələrin alınması bizim qlobal yük daşımaları sahəsindəki lider mövqelərimizi qarşıdakı 15-20 il ərzində daha da möhkəmləndirəcək» -deyə «Silk Way Group»un rəhbəri Zaur Axundov bildirib.

Təyyarələrin alınması barədə müqavilə aprelin 28-də Bakıda imzalanıb. Burada «Silk Way Group»un rəhbəri Zaur Axundov, «Boeing Commercial Airplanes»in prezidenti Sten Dil, nəqliyyat naziri Raşad Nabiev və ABŞ-ın Azərbaycandakı səfiri Erl D. Litsenberqer də iştirak edib.

«Boeing Commercial Airplanes»in prezidenti Sten Dil bildirib ki, «Silk Way West Airlines» öz marşrutlarının coğrafiyasını sürətlə genişləndirir. Qarşıdakı 20 il ərzində qlobal yük daşımaları bazarının 60% artacağı barədə proqnozları nəzərə alanda yeni təyyarələr «Silk Way West Airlines»ə imkan verəcək ki, MDB, Avropa, Asiya, Şimali Amerika və Yaxın Şərq bazarlarında ticarət və elektron kommersiyaya artan tələbatı təmni etsin.

Təyyarələrin satış qiyməti və müqavilənin ümumi həcmi açıqlanmır. Amma hazırda təyyarə bazarında «Boeing 777 Freighter» təyyarələrinin qiyməti 310-390 milyon dollar arasında dəyişir və ixtisaslaşmış resursların məlumatına görə, geniş yayılan qiymət 360 milyon dollardır. Bu o deməkdir ki, 5 təyyarənin alınması Azərbaycan tərəfinə təqribən 1,8 milyard dollara başa gələcək.

Xatırladaq ki, «Boeing 777 Freighter» dünyada ən böyük iki mühərrikli yük təyyarəsidir və dünyada ən uzuq uçuş məsafəsinə və yük götürmə qabiliyyətinə malikdir.

«Boeing 777 Freighter»də hündürlüyü 3 metrə çatan yükləri daşımaq olur, təyyarənin yan qapısı çox genişdir – 3,72 metr enində, bu da təyyarə ilə çox böyük yüklər daşımağa imkan verir.

Bu təyyarələr maksimum yükləndikdə – 102 tonluq yüklə 9200 kilometr uça bilirlər. Bu da alıcıya, yəni «Silk Way West Airlines»ə imkan verəcək ki, uzuq marşrutlara uçuşlar zamanı yanacaq doldurma dayanacaqlarının sayını azaltsın və əməliyyat xərclərinə qənaət etsin. Yanacağa qənaət isə 17% təşkil edir.