18 Aprel 2024
"Azərbaycan Qarabağda əməliyyatlara başlasaydı..." - Ukrayna rəsmisindən MARAQLI MÖVQE

"Azərbaycan Qarabağda əməliyyatlara başlasaydı..." - Ukrayna rəsmisindən MARAQLI MÖVQE

28 Mart 2022
Baxış: 561

“Azərbaycan Qarabağda əməliyyatlara başlasaydı Putinin diqqəti Ukraynadan yayınardı”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Qarabağdakı mövcud vəziyyəti şərh edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. O qeyd edib ki, Rusiyanın diqqətini yayındıracaq başqa cəbhələrin açılması Ukraynaya kömək edəcək.

“Əgər Dnestryanı da, Gürcüstan da, hər kəs bu gün öz ərazilərinin qaytarılması ilə məşğul olsaydı… Üstəlik, deyə bilərəm ki, Polşa – hələ rəsmi səviyyədə deyil – Kalininqrad vilayətinə artıq iddialar irəli sürüb. Bu, mütləq bizə kömək edərdi, çünki şəhərlərimizi və kəndlərimizi dağıtmaqdan, uşaqlarımızı, qadınlarımızı öldürməkdən başqa, onların görəcəkləri bir iş olardı”, – deyə Danilov bildirib.(konkret.az)