28 Mart 2024
Azərbaycan Premyer Liqası: "Zirə" "Keşlə"ni məğlub edib

Azərbaycan Premyer Liqası: "Zirə" "Keşlə"ni məğlub edib

30 Oktyabr 2021
Baxış: 849

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

AJMEDİA,İNFO xəbər verir ki,günün ilk matçında "Zirə" "Keşlə"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"ın qollarını 17-ci dəqiqədə Loris Broqno, 42-ci dəqiqədə isə Ağabala Ramazanov vurub.

Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "Zirə" 3-cü pillədəki "Qəbələ"yə çatıb. 7 xala malik "Keşlə" isə 7-ci sırada qərarlaşıb. 90+4-cü dəqiqədə "Keşlə"nin futbolçusu Tural Axundov rəqibə qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" son çempion "Neftçi" ilə üz-üzə gələcək. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.