Sumqayıt Dövlət Dram Teatrı Bakıda Aktyor evində çıxış edib-...
2 saat əvvəlAzərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirilir
21 Sentyabr 2021
Baxış: 532
Azərbaycan Ordusunda hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışları keçirilir.
AJMEDİA.İNFO-nun xəbərinə görə,bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ayrı-ayrı qoşun növləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və hərbi hissələrdən yarışlara cəlb edilən iştirakçılar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayaraq fərdi birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, yarışın nəticələri Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri tərəfindən qiymətləndiriləcək.