19 Aprel 2024
Azərbaycan Ordusu erməniləri postlardan belə qovdu - TƏXRİBATA CAVAB - ANBAAN VİDEO

Azərbaycan Ordusu erməniləri postlardan belə qovdu - TƏXRİBATA CAVAB - ANBAAN VİDEO

15 Noyabr 2021
Baxış: 591

Azərbaycan Ordusu Laçında ermənilərin olduğu postu boşaldıb.

AJMEDİA.İNFO xəbər verir ki, bunun görüntülərini əks etdirən video sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, hərbçilərimiz ermənilərə qarşı nümunəvi davranır, onlardan sadəcə ərazini tərk etməyi tələb edirlər.

Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərdiyi haqda məlumat yaymışdı.

Qeyd edilmişdi ki, əməliyyat şəraitinə uyğun olaraq Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub. Nəticədə qarşı tərəfin hərbi qulluqçuları ərazidən çəkilməyə məcbur edilib.