24 Aprel 2024
Azərbaycan İsrail ilə ikitərəfli ticarəti genişləndirməyi planlaşdırır

Azərbaycan İsrail ilə ikitərəfli ticarəti genişləndirməyi planlaşdırır

23 Aprel 2021
Baxış: 2538

Bakı ilə Yerusəlim arasındakı iqtisadi əlaqələr güclüdür, lakin Coronavirus pandemiyası 2019-cu ildə 1,4 milyard dollarlıq zirvədən sonra ikitərəfli ticarətin azalmasına səbəb oldu.
İsrail Hayoma eksklüziv müsahibəsində, Azərbaycan iqtisadiyyat naziri Mikayıl Çingiz Ogly Cabbarov ikitərəfli ticarətin şaxələndirilməsinə, İsraildə Azərbaycan Ticarət və Turist bürosunun açılışına ümid etdiyini söyləyib. Onun sözlərinə görə, Bakı İsraildə Covid-19-a qarşı müvəffəqiyyətli bir peyvəndın uğurlu kampaniyasını təkrarlaya bilər.

İsrail Xarici İşlər Naziri Gabi Aşgenazi və Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, gələn həftə baş tutacaq İsrail-Azərbaycan hökumətlərarası komissiyasının iclasında ikitərəfli ticarətin başlanğıcını müzakirə etmək niyyətindədirlər.

Eksklüziv müsahibəsində Cabbarov bildirib: "İsrail Azərbaycanın üçüncü ən böyük ixracat istiqaməti olaraq qalır. Heç bir sirr deyil ki, neft və qaz yataqları ikitərəfli ticarətdə mərkəzi yer tutur, amma daha da genişləndirmək istəyirəm "

Nazir Azərbaycanın turizm, kənd təsərrüfatı və aqrotexnika, kibermühafizə, təhsil, su ehtiyatları, səhiyyə xidmətləri kimi sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Cabbarovun sözlərinə görə, Bakıdakı rəsmilər İsraildə Azərbaycan turizmi bürosu yaratmaq qərarına gəliblər.

"2019-cu ildə qurulmuş ikitərəfli iqtisadi əməkdaşlıq forumunun fəaliyyətini yeniləməkdə maraqlıyıq və tez bir zamanda müsbət təsiri oldu. İsraildə turist bürosunun açılışı vacib bir siqnal olacaq. Eynilə, texnologiya sahəsində, İsraillə əlaqələrin daha da yaxşılaşdırılmasında maraqlıyıq "deyə əlavə edib ki, Azərbaycan gələn il İsraildə ticarət bürosu açacağına ümid edir.

Nazir, tez-tez İsrailin müxtəlif nazirlikləri ilə ölkələr arasında əlaqələrin gücləndirilməsi sahəsində əlaqələr qurur.

"Azərbaycanın yəhudi icması ilə xüsusi bağlantısını nəcə izah edərsiz?" cavabına nazir: "Biz yüz illərdir bir yerdə yaşayırıq və Azərbaycanın dəyərləri hər dinə və hər etnik qrupa hörmətə söykənir . Sirri sadədir: İnanırıq ki, Azərbaycanda yaşayan hər bir etnik qrup cəmiyyətimizin bir hissəsidir. Bir-birimizə zərər vermədən mədəniyyətimizə, bir-birimizə hörmət, dini bayramları qeyd etmək, istisnasiz olaraq yan-yana mübarizə apararırıq".

"Azərbaycan nisbətən gənc bir ölkədir, amma uzun bir hekayəmiz var. Prezident İlham Əliyev ölkədəki bütün azlıq qruplarına qayğı göstərdiyi kimi, yəhudi ictimaiyyətinə qayğı göstərir "dedə əlavə edib.

"Mənim işim həmişə münasibətləri yaxşılaşdırmağa çalışmaqdır və İsraildə Azərbaycan Ticarət Bürosunu açmaq eləcədə əlaqəni daha da artırmaq üçün hər şeyi edəcəyik "deyə Cabbarov bildirib.