18 Aprel 2024
Azərbaycan hərbçisi Zəngilanda minaya düşdü

Azərbaycan hərbçisi Zəngilanda minaya düşdü

30 Sentyabr 2021
Baxış: 762

Sentyabr ayının 30-da saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.

AJMEDİA.İNFO xəbər verir ki,Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilib, həkimlərin tam nəzarəti altındadır.