04 Dekabr 2021

Azerbaijan, Baku

9°C/13°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Azərbaycan dünya çempionatına 15 cüdoçu ilə qatılacaq - HEYƏT

Azərbaycan dünya çempionatına 15 cüdoçu ilə qatılacaq - HEYƏT

20 Oktyabr 2021
Baxış: 167

Oktyabrın 21-24-də Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında dünya çempionatı keçiriləcək.

Yarışa Azərbaycanın usta idmançıları da qatılacaqlar.

Ölkəmiz mundialda 15 cüdoçu ilə təmsil olunacaq. Müxtəlif yaş qrupları üzrə yarışlarda Babək Hacıyev (60 kq), Vüqar Babayev (66 kq), Məmməd Məmmədov, Müşfiq Cəfərov (hər ikisi 73 kq), Mübariz Cəfərov (81 kq), Vüsal Cəfərov, Mahir Ağamirzəyev, Fərhad Rəcəbli, Rövşən Bağırov (hamısı 90 kq), Tural Səfquliyev, İmran İmanov (hər ikisi 100 kq), İntiqam Ələkbərov, Azər Əsgərov, Yaman Fatıyev və Ayaz Ümidəliyev (hamısı +100 kq) mübarizə aparacaqlar.

Çempionatda 44 ölkədə 399 veteran cüdoçunun (379 kişi, 20 qadın) iştirakı gözlənilir.(Apa.az)