20 Aprel 2024
Azərbaycan Demokratik Respublikasının müstəqillik illərində xarici siyasəti və beynəlxalq əlaqələri.

Azərbaycan Demokratik Respublikasının müstəqillik illərində xarici siyasəti və beynəlxalq əlaqələri.

25 May 2020
Baxış: 2348

1918-ci il mayın 28- ində Şərqdə müsəlman dünyasında ilk demokratik parlamentli respublika, Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Tifilis şəhərindəki Qafqaz canişinliyinin binasında Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin-Məhəmməd Əmin Rəsulzadənin,Əlimərdan bəy Topçubaşovun,Fətəli xan Xoyskinin,Həsənbəy Ağayevin,Nəsib bəy Yusifbəylinin,Səməd bəy Mehmandarovun, Əliağa Şıxlınskinin və başqalarının böyük xidmətləri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatının yaradılmasına nail olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Birinci dünya müharibəsinin başa çatması ilə müşaiyət edilən gərgin diplomatik mübarizə şəraitində yaranıb fəaliyyət göstərdi. Siyasi məzmununda azərbaycan ideyasını dünyaya təqdim edənlər 1920-ci ildə diplomatik baxımdan bu ideyanın Versal Ali Şurası tərəfindən beynəlxalq təsdiqlənməsinə nail oldular. Məhz belə gərgin şəraitdə Azərbycanın müstəqilliyinin 1920-ci ildə Versal Ali Şurası tərəfindən de-fakto tanınması 1919-cu ilin yazından etibarən dəyişən siyasi vəziyyətlə yanaşı, Azərbaycan diplomatiyasının mühüm uğuru, onun Paris sülh konfransındakı say etibarı ilə kiçik olan heyətinin böyük qələbəsi idi. Lakin Birinci Dünya Müharibəsindən sonra formalaşan yeni geosiyasi proseslər Azərbaycan millətinin bu tarixi nailiyyətindən yetərincə faydalanmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelin 28 də dünya siyasətində baş verən mürəkkəb diplomatik çəkişmələrin nəticəsi kimi süqut etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi Xalq Cümhuriyyəti diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti onun diplomatiyasının ən mühüm xidmətlərindən biri cənubi Qafqazda azərbaycanlıların milli hüdudlarının müəyyənləşdirilməsi ilə bağlı idi. 1918-1920-ci illərdə 16 xarici ölkənin Azərbaycan Xalq Cumhuriyyətində nümayəndəlikləri yerləşirdi.

ABŞKonsul Rondolf

BelçikaKonsul Ayvazov

Böyük Britaniyavitse konsul Qevelke

Danimarka E.F.Bursinq

Ermənistan diplomatik nümayəndə Q.A.Bekzadyan

Finlandiyakonsul Veqelius

Fransa konsul Emelyanov

Gürcüstan diplomatik nümayəndə N.S.Alışbey

İran konsul Saad-ÜL Vəzirov

İsveç konsul R.K.Vander-Plouq

İsveçrə konsul Klatü

İtaliya konsul Enlik Ensom

Litva konsul Vintsas Kreve Mitsketiçyus

Polşa konsul S.Rilski

Ukrayna konsul Qolovan

Yunanıstan konsulu Kussis

Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasətinə çevik diplomatik bacarığa malik F.X.Xoyski,M.HHacınski,M.Y.Cəfərov,A.Z.Ziyadxanlı başçılıq etmişdir.Azərbaycan diplomatiyasının hazırlanmasında və həyata keçirilməsində Ə.M.Topçubaşov,M.Ə.Rəsulzadə,Ə.Ağayev,N.Yusifbəyli,Ə.Şeyxülislamov,C.Hacibəyli,M.Y.Məhərəmov,Ə.Haqverdiyev,Y.V.Çəmənzəminli yaxından iştirak etmişdir.Milliyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban münasibətlər Azərbaycan Xalq Cumhuriyyəti diplomatisyasının aparıcı istiqaməti olmuşdur.Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini 3 dövrə bölmək olar:Türkiyə orientasiyası dövrü (1918 may-oktyabr),qərb orientasiyası dövrü (1918 noyabr-1920 il yanvar),geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü (1920 yanvar-aprel)

Birinci dünya müharibəsinin son mərhələsində Azərbaycan millətinin müstəqillik arzusu Türkiyənin Qafqaz siyasəti ilə çarpazlaşdığı üçün tərəflər arasında bir birinə olan təbii milli meyl onların sosial-siyasi,hərbi-iqtisadi əməkdaşlığında yeni mərhələyə daxil oldu.1918 ci ilin əvvələrində Trabzon və Batum danışıqları Zaqafqaziya Seyminə daxil olan xalqların Türkiyə münasibətlərində köklü fikir ayrılıqlarını üzə çıxartdı.Trabzon danışıqları dayandirildiqdan sonra Batuma səfər edən Ənvər paşa Trabzonda Zaqafqaziya hökumətini dağılacağı təqdirdə Türkiyə ilə geniş sərhədləri olan müstəqil Azərbaycan dövlətinin yaradılmasına tərəfdar olduıunu və bu dövlətin Türkiyə tərəfindən müdafiə ediləcəyini bildirdi.1918 ci ilin mayın 30 da nazirlər şurasının sədriF.X.Xoyski Türkiyə,Almaniya,Avstria,Macarıstan,Fransa,Böyük Biritaniya,Bolqarıstan,İtaliya,ABŞ,Ruminiya,İran, İspaniya,Hollandiya, Rusiya, İsveç, Ukraniya, Danimarka və Yaponiya xarici işlər nazirlərinə Azərbaycan Xalq Cumhuriyyəti yaranması haqqında məlumat göndərdi. Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil edirdi. Müqavilədə göstərilirdi: ”Bir tərəfdən, Osmanlı imperator hökuməti, digər tərəfdən isə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti hökuməti özləri arasında siyasi, hüquqi, iqtisadi və intelektual zəmində mehriban dostluq münasibətlərini bərqərar etməklə qarşılıqlı sürətdə razılığa gəlirlər”. Batum müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlər arası sənəd idi. Batumda olarkən M.Ə. Rəsulzadə və M.H.Hacınski Xarici hərbi müdaxiləyə son qoymaq və daxili əsayişi qorumaq məqsədi ilə Batum müqaviləsi əsasında hərbi yardım göstərilməsi haqqında Türkiyə dövlətinə müraciət etdilər. Müraciəti qəbul edən Türkiyə hökuməti qarşılıqlı razılıq əsasında Osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət Qafqaz islam ordusu yaradıldı. 6 sentyabr 1918-ci ildə Sultan VI Mehmet Vahideddinin taxta çıxması münasibəti ilə düzənlənən təntənəli rəsmi qəbulda sultan ilk Azərbaycan nümayəndələrini qəbul etdi.M.Ə.Rəsulzadə yüz illik əsarədən xilas olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirib.Sultan VI Mehmet Vahideddin cavabında:” Sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edilməyimi həyatımda xoşbəxt bir hadisə qəbul edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hüriyyətini təmin edilməsi mənim hökümətimin ən yüksək vəzifəsini təşkil edir.Azərbaycanın həyat və qüvvət kəsb edərək,bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid edirəm” söyləmişdir.

Bu dönəmdə Almaniya höküməti marağında olan Bakı ilə bağlı planlarına Sovet Rusiyası vasitəsi ilə reallaşdırmaq fikrinə düşür və bu məqsədlə gizli danışıqlara başlanılır.Berlində 3 aya qədər davam edən Almaniya-Rusiya danışıqları avqustun 27 də saziş imzalanması ilə nəticələndi.Sazişin 12 ci maddəsinə görə Rusiya Bakı vilayətində çıxarılan neftin 4/1ini Almaniyaya verəcək.İstanbulda olan Azərbaycan nümayəndələri bu sazişlə əlaqədar Almaniya səfirliyinə etiraz notası təqdim etdilər.Notanın surəti Türkiyə xarici işlər nazirliyinə,Avstriya –Macarıstan və Bolqarıstan səfirliklərinə,habelə bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə təqdim olundu.Bir müddət sonra Berlinə gedən Tələt Paşa Almaniyadan 27 avqust sazişinin ləğv edilməsinitələb etdi.Bu addım Bakının azad edilməsində mühüm əhəmiyyətə malik oldu.Sentyabr ayının ortalarında Azərbaycan Türkiyə hərbi qüvvələri Bakıya daxil oldu.Bakının azad edilməsi istiqlaliyyət elan olunduqda sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi.Bu qələbənin diplomatik cəhətdən təmin edilməsi Azərbaycan diplomatiyasının ilk uğurlarından idi.Bakı azad edildikdən sonra Almaniyanın hərbi və ticarət nümayəndəsi B.S.Qolts,Avstria –Macarıstanın diplomatik nümayəndələri,osmanlı sultanlığinın qafqaz ordusunun hərbi qərargahı Bakıya gəldi.Azərbaycan –Türkiyə münasibətlərinin inkişafında Ə.M.Topçubaşovun İstanbul missiyasının böyük əhəmiyyəti oldu.O, 1918-ci il sentyabrın 28 də İstanbula gəlirvə Azərbaycan hökümətinin fövqəladə səlahiyyətli naziri kimi işə başlayır. 1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov İstanbulda Türkiyənin rəsmi dövlət nümayəndələri ilə bir sıra görüşlər keçirdi. 30 oktyabr 1918-ci ildə təkcə Türkiyə üçün deyil, Azərbaycan Xalq Cumpuriyyəti üçün də son dərəcə ağır olan Mudras barışıgı imzalandı. Barışığın 11 maddəsinə görə Türkiyə Zaqafqaziya dəmir yolu üzərində nəzarət hüququnu verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməli deyildi. Noyabrın 4-də Ə.M.Topçubaşov Azərbaycan hökuməti adından Mudras barışığının Azərbayacana aid maddələrinə etirazını bildirdi. Lakin bu etirazın əhəmiyyəti olmadı. Noyabrın 10-da Türkiyə qoşunları Bakıdan çıxdı. Bununlada Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasətində Türkiyə oriyentiyası dövru başa çatdı.

Bakı neftinə olan maraq İngilis dövlətinin Azərbaycanla bağlı siyasi addımlar atmağa vadar etdi. 1918-ci il avqustun 4-də polkovnik Stoksun başçılıq etdiyi ilk ingilis qoşun dəstəsi bakıya daxil oldu. Avqustun ortalarında general Denstervil başda olmaqla min nəfərlik ikinci dəstə Azərbaycana gəldi. 1918-ci il sentyabr ayının ortalarında Britaniya qoşunu Denstervil başda olmaqla Bakını tərk etmək məcburiyyətində qaldı. 1918-ci ilin payızında ingilislər yenidən Bakıya qayıtdılar. 1918-ci ilin 17 noyabrında müttəfiqlərin qoşunları Bakıya daxil oldu. Bu Azərbaycan istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu. Azərbaycan hökuməti ABŞ prezdenti V.Vilsona , milli şura isə dünya dövlətlərinəMüraciət qəbul etdi. Bakıdakı vəziyyətlə yaxından tanış olduqdan sonra general Tomson bildirdi ki, onun Bakıda ən bacarıqlı adamlardan biri saydığı F.X.Xoyski-nin hökuməti ölkədə koalisiya hökuməti təsdiq edilənə qədər yeganə təsirli hökumət olaraq qalır. Balkanda və Qafqazda olan ingilis qoşunlarının baş komandanı general Corc Miln az sonra Bakıya gələrək Tomsonun bəyanatını təstiqlədi və bildirdi ki, Böyük Britanya hökuməti Azərbaycan hökumətini bu ölkənin bütün ərazisində yeganə qanuni hakimiyyət kimi tanıyır. F.X.Xoyski ilə danışıqlar zamanı C.Miln bildirdi ki, Azərbaycan hökuməticümhuriyyətini tanıyır və qəbul edir və hökumətə müttəfiqlər komandanlığı hər barədə kömək edəcəkdir.1918-ci ilin dekabr ayında Cənubi Qafqaz məsələsi bir neçə dəfə Britaniya hökumətinin iclaslarında müzakirə edilmişdir. Lord Kerzin bu fikirdə idi ki, Cənubi Qafqada sabitlik lazımdır, əks təqdirdə “ anarxiya, qarma-qarışıqlış, yaxud bolşevizm” bu regionda ingilis siyasətinə manieçilik törədə bilər.1919-cu ilin əvvəllərindən başlayaraq İngiltərə Azərbaycan əlaqələri Bakıda olan ingilis komandanlığı İstanbuldakı ingilis hərbi və diplomatik nümayəndəliyi sonralar isə Paris konfransında təmsil olunan sülh heyəti vasitəsi ilə həyata keçirilirdi. Azərbaycan Xalq Cumhuriyyəti xarici siyasətinin qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə qarşılıqlı mehriban münasibətlər yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan Parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi. Qafqaz elə bir vəziyyət qarşısındadır ki,bu ərazi üzərində qurulmuş olan cümhuriyyətlər müqabil dostluq və həmrəylik etmədən yaşaya bilməzlər.Lakin Cənubi Qafqazın 3 yeni respublikası Azərbaycan,Ermənistan və Gürcistan arasında sülh və stabilliyin yaradılması çox çətin oldu.Müstəqilliyin ilk günlərində Gürcistan respublikası ilə qurulan diplomatik əlaqələr çox çətin və ziddiyətli keçsədə 1920 ci ilin əvvəlində normal məcraya düşdü.Hər iki respublikaının müstəqilliyi Versal Ali Şurası tərəfindən de-fakto tanındı.1919 cu il iyunun 16 da iki dövlət arasında 3 il müddətinə hərbi müdaxilə,hərbi müdafiə paktının imzalanması Azərbaycan Xalq Cumhuriyyətinin dəyərli diplomatik addımı hesab edilməlidir.Bu pakta görə Azərbaycan və Gürcistanın istiqlaliyyəti və ərazi bütövlüyü hər hansı dövlət tərəfindən təcavüz olunduğu təqdirdə bir birlərinə hərbi yardım göstərmək öhdəliyi götürdü.

Azərbaycan Xalq Cumhuriyyətinin İran münasibətləri 1919 cu ilin ortalarından etibarən əməkdaşlıq prinsiplərinə söykənərək Azərbaycan-İran komissiyasının gərgin işi nəticəsində iki dövlət arasında 1920 ci il martının 20 sində əməkdaşlığin bütün sahələrini əhatə edən 7 müqavilə və sazişin imzalanması ilə nəticələndi.

Azərbaycan hökuməti Dağlılar Respublikası ilə əməkdaşlığını inkişaf etdirmək üçün 1918 ci ilin oktyabr ,noyabr aylarında bir sıra diplomatik müqavilələr bağladı.Bu müqavilələrə əsasən Azərbaycan hökuməti Dağlılar hökumətinə 10 milyon manat həcmində yardım göstərmişdir.

23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cumhuriyyəti xarici siyasətdə və beynəlxalq münasibətlərdə müstəqil dövlət kimi öz sözünü deməyə çalışmış və dövlətin müstəqilliliyini hər vasitə ilə qorumağa çalışmışdır.Lakin o dövrün çətin və gərgin və ziddiyyətli siyasi mənzərəsinə nəzər salsaq müstəqilliyin qorunub saxlanmasının necə çətin olduğunun bir daha şahidi oluruq.Bu günki Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir və bu gün prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz həm xarici siyasətdə həm də beynəlxalq əlaqələrdə bir sıra uğurlara imza atmış və atmaqdadır.


Azərbaycan Dövlət Universitetinin Quba filialının pedaqoji və

içtimai fənlər kafedrasının baş müəllimi

Şixbabayeva Aygün

Teqlər: 28 may