17 Aprel 2024
Azad Rəhimov II Fəxri Xiyabanda dəfn olundu

Azad Rəhimov II Fəxri Xiyabanda dəfn olundu

02 May 2021
Baxış: 1426

Müalicə aldığı ABŞ-da dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimovun dəfn mərasimi keçirilir.

ajmedia.info xəbər portalı "Report"a istinadən məlumat verir ki, mərhum nazirin nəşi II Fəxri Xiyabana gətirilib.

Pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunmuş dəfndə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, mərhumun yaxınları və ailə üzvləri iştirak edir.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, 7 fevral 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib. Fəaliyyəti dövründə A.Rəhimov "Şöhrət" ordeni və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.