19 Aprel 2024
“Avtoş”luq edən əsgərin atası: “Adam öldürməyib, uşaqdır da, bir az gecikməsi olub”

“Avtoş”luq edən əsgərin atası: “Adam öldürməyib, uşaqdır da, bir az gecikməsi olub”

23 İyun 2022
Baxış: 373

Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Məlikov xidmət yerini qanunsuz tərk etdiyinə və avtoxuliqanlıq hərəkətləri etdiyinə görə dörd ay müddətinə həbs edilib.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı Əziz Məlikovun atası, Şamaxı Rayon Məlhəm kənd bələdiyyəsinin sədri Soltanpaşa Məlikov Unikal-a açıqlama verib:

"Bu məsələlərdən sonra əsəbiləşmişəm, şəkərim də qalxıb. Hazırda vəziyyətim yaxşı deyil. Hər şey bir-birinə qarışıb. Mənim oğlum nə edib ki? Adam öldürməyib, bir şey etməyib. Uşaqdır da, bir az gecikməsi olub, qurtardı getdi.

Bəziləri deyirlər ki, oğlumun bu hərəkətinə görə istefa verməliyəm. Oğlum nə edib ki, işdən çıxım? Hər şey Allahın qismətidir”, - deyə o bildirib.