18 Aprel 2024
Avstriya prezidenti ölkənin nasistlik cinayətlərində iştirakını etiraf etdi

Avstriya prezidenti ölkənin nasistlik cinayətlərində iştirakını etiraf etdi

08 May 2020
Baxış: 479

Avstriya Federal Prezidenti Alexander van der Bellen, Mauthausen konsentrasiya düşərgəsinin azad edilməsinin 75 illiyi münasibətilə video mesajını yayımlayıb. O bildirib ki, əsrin dörddə üçü uzun bir müddət olsa da, Nasistlik cinayətləri Avstriya tarixində hələ də “açıq yara” olaraq qalır.

"Mauthausen göydən düşmədi, Holokost qəddar bir son nöqtə idi" deyə van der Bellen bildirib. O, ölkədə "antisemitizm və irqçilik çirkin üzlərini göstərdikdə" səssizliyin hökm sürdüyünü və tədricən cəmiyyəti ələ keçirdiyini xatırladıb. “Bir çox avstriyalı cinayətkar idi. Avstriya Milli Sosializm cinayətlərində iştirakını tanıyır " bir daha o qeyd edib.