29 Mart 2024
Avstraliyada erməni terrorunun qurbanları anılıb

Avstraliyada erməni terrorunun qurbanları anılıb

18 Dekabr 2021
Baxış: 451

Dekabrın 17-də 41 əvvəl bir erməni terrorist qrup tərəfindən Sidneydə vəzifə başında şəhid edilən Türkiyənin Baş konsulu Şarık Arıyak və təhlükəsilik üzrə attaşe Engin Severin xatirələri anılıb. Türkiyənin Sidneydəki baş konsulluğunda keçirilən anım mərasimində Avstraliya Federal Parlamentin millət vəkilləri, yerli hüquq-mühafizə, təhlükəsizlik xidməti orqanlarının nümayəndələri, həmçinin xarici səfirliklərin rəsmiləri, türk və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
AJMEDİA.İNFO xəbər verir ki, mərasimdə Türkiyənin Baş konsulu Əli Sevim çıxış edərək Avstraliya polisinin bu hadisəni törədən erməni terroristlərini tapacağına ümid etiyini bildirib.
Xatırladaq ki, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) sədri Mikayil Oyta və Cənub Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Qadın və insan haqları departamentin sədri Sara Azarsun xatirə abidəsi önünə çələng qoyublar və şəhidləri bir dəqiqəlik sükutla anıblar. (Editor)