29 Mart 2024
Avropada qazın qiyməti pik nöqtəyə yaxınlaşıb

Avropada qazın qiyməti pik nöqtəyə yaxınlaşıb

30 Avqust 2021
Baxış: 2450

Avropada təbii qazın qiyməti hərraclar zamanı yeni rekordu təzələyib, belə ki, mavi yanacağın qiyməti min kubmetr üçün 598 ABŞ dollarını keçib.

Qiymətlər Rusiyanın “Qazprom” şirkətinin sentyabr ayı üçün Ukrayna ərazisi ilə əlavə 4,3% tranzit nəql həcmlərinin sifariş etmək qərarı ilə bağlı xəbərlərlə əlaqəlidir.

Belə ki, avqustun 30-da Avropa fyuçers bazarında qazın qiyməti (min kubmetr üçün) hərracları 600 dollar civarında açıb.

Daha sonra bu göstərici 590 dollardan bir qədər artıq səviyyəsində korrektə olunub. (İndex.az)