19 Aprel 2024
Avropa Şurasının rəhbəri yeni pandemiyalara hazırlaşmaqla bağlı çağırış etdi

Avropa Şurasının rəhbəri yeni pandemiyalara hazırlaşmaqla bağlı çağırış etdi

30 Oktyabr 2021
Baxış: 509

Avropa Şurasının rəhbəri Şarl Mişel G20 sammitinin ilk işçi sessiyasında yeni pandemiyalara hazırlaşmağa dair çağırış edib.

AJMEDİA,İNFORİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqındakı mənbə bildirib.

“Gələcək pandemiyalara hazırlaşmalıyıq”, - Ş.Mişel deyib.

Avropa Şurasının rəhbəri koronavirusa qarşı vaksinlər mövzusuna da toxunub. Onun fikrincə, G20 ölkələrinin bu preparatların dünyada yayılması üzrə həm mənəvi öhdəlikləri, həm də kollektiv iqtisadi marağı var.

O qeyd edib ki, Afrikada əczaçılıq potensialının və peyvənd istehsalının inkişafının dəstəklənməsi vacibdir, həmçinin iqtisadi problemlərlə üzləşən ölkələrə yardımın davam etdirilməsi lazımdır.