25 Aprel 2024
Avropa İttifaqında biznes fəallığı antirekord müəyyənləşdirib

Avropa İttifaqında biznes fəallığı antirekord müəyyənləşdirib

01 May 2020
Baxış: 554

Avropa İttifaqında sahibkarlıq fəallığının səviyyəsi 35 il əvvəlki həddə düşüb.

AJM xəbər verir ki, bununla bağlı araşdırma aparan tədqiqat mərkəzləri aldıqları nəticələr haqqında Avropa Komissiyasına məruzə ediblər. Avropa Komissiyası isə öz növbəsində Aİ-nin işgüzar dairələrinin məsələyə ilk reaksiyasını gözləyərək bu nəticələri ehtiyatla açıqlayıb.

İqtisadi aktivliyin zəifləməsi koronavirus pandemiyasının davam etməsi ilə əlaqədardır. Bu ay işgüzar əhval-ruhiyyənin barometri 67-ci bəndədək, yəni 27,2 faiz enib. Vəziyyətin pisləşməsi xidmət və pərakəndə ticarət obyektlərində özünü daha qabarıq büruzə verir. Aİ-nin əksər ölkələrində tətbiq olunmuş karantin tədbirləri nəticəsində bu sahələrin ən çox itkiyə məruz qaldığı bildirilir.

Avropa Komissiyasının qənaətinə görə, bu son, 35 ilin bir ayı ərzində müşahidə olunan ən yüksək azalma tempidir.