20 Aprel 2024
Avropa İttifaqı koronavirusla əlaqədar ABŞ-dan girişi məhdudlaşdırıb

Avropa İttifaqı koronavirusla əlaqədar ABŞ-dan girişi məhdudlaşdırıb

30 Avqust 2021
Baxış: 2479

Avropa İttifaqı koronavirusa yoluxma hallarının artması səbəbindən pisləşən epidemioloji vəziyyətlə əlaqədar olaraq ABŞ da daxil olmaqla 5 ölkədən girişə məhdudiyyəti qüvvədə saxlayıb.

"Avropa İttifaqı Şurası səyahət məhdudiyyətlərinin ləğv edilməli olduğu ölkələrin siyahısını yeniləyib. İsrail, Kosovo, Livan, Monteneqro, Şimali Makedoniya və ABŞ bu siyahıdan çıxarılıb", - sənəddə deyilir.

Buna qədər 23 dövlət bu siyahıda yer alırdı.