29 Mart 2024
Avropa İttifaqı Azərbaycanda biznes sahəsinə dəstəyini davam etdirəcək

Avropa İttifaqı Azərbaycanda biznes sahəsinə dəstəyini davam etdirəcək

04 Sentyabr 2021
Baxış: 520

"Pandemiyanın biznes sektoruna mənfi təsiri yalnız Azərbaycanın problemi deyil. Bu, bütün Avropanın, dünyanın üzləşdiyi problemdir".

AJMEDİA.İNFO xəbər ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov pandemiyanın biznes sahəsinə təsiri barədə danışarkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının maliyyə dəstəyi hərtərəflidir: "Bu gün Şəkidə təşkil edilən Qida Festivalı 2015-ci ildə qəbul edilmiş proqramı çərçivəsində maliyyələşdirilib. Hazırda pandemiyadan sonra biznes sektorunun necə irəliləməsi haqqında düşünürük".

O əlavə edib ki, pandemiya hələ də davam edir: "Biz bacardığımız qədər biznes sektorunu dəstəkləməkdə davam edəcəyik".

Qeyd edək ki, bu gün Şəkidə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Qida Festivalı keçirilir.