25 Aprel 2024
Astrofiziklər kainatın 13,8 milyard yaşı olduğunu təsdiq edib

Astrofiziklər kainatın 13,8 milyard yaşı olduğunu təsdiq edib

21 İyul 2020
Baxış: 462

Astrofiziklərdən ibarət beynəlxalq qrup kainatın yaşını yenidən hesablayaraq 13,8 milyard il olduğunu təsdiqləyib.

AJM xarici KİV-lərə istinadla xəbər verir ki, Çilinin Atakama səhrasındakı dünyanın ən böyük teleskopu (ACT) vasitəsilə əldə edilmiş məlumatlar “Plank” kosmik rəsədxanasının standart modeli və hesablamaları ilə üst-üstə düşüb.

Qeyd edək ki, kainatın yaşı astrofiziklərin vahid fikrə sahib olmadıqları bir araşdırma mövzusudur. Lakin keçən il alimlər qalaktikaların hərəkətlərinə əsasən onun yaşının 2,3 milyard ildən aşağı olduğunu bildiriblər. Bu cür fərq yeni hesablama modelinin yaradılmasına və ya hesablamalarda səhvin olmasına işarə edirdi. “ACT”ın komandası ilk işığı tədqiq edərək kainatın yaşını təyin edib. Komandanın hesablaması “Plank” rəsədxanasının müşahidə nəticələri ilə eyni olub.

Beləliklə kainatın təqribi olaraq 13,77 milyard yaşı var. Əldə edilmiş məlumatlar həmçinin kainatın genişlənmə sürətini də anlamağa kömək edib. Qeyd edək ki, kainatın genişlənmə sürəti “Habbl sabiti” ilə ölçülüb. Məlumata əsasən 3,26 milyon işıq ili məsafəsində yerləşən obyekt bizdən saniyədə 67,6 kilometr sürətlə uzaqlaşır.