Fazil Mustafa belə vurulub - ŞOK DETALLAR
7 saat əvvəlAŞ-nin Baş katibi: "Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir"
28 Sentyabr 2021
Baxış: 372
"Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlanılmalıdır".
AJMEDİA.İNFO xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın payız sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, qarşılıqlı inamı gücləndirən tədbirlər münaqişədən sonrakı mərhələdə vacibdir və əhəmiyyətli rola malikdir: "Lakin bu yalnız hər iki tərəfin razılığı olması zamanı mümkündür".
Baş katib qadınların bu məsələdəki roluna da toxunub: "Bu məqsədlə siyasətdən uzaq mövzular ətrafında müzakirələr aparmaq məqsədəuyğundur. Qadınların rolu mövzusu ən məsləhətli mövzulardan biridir."