İsrailli şair və tərcüməçi Meir Wieseltier 82 yaşında vəfat...
4 saat əvvəlAraz Əlizadənin ölüm səbəbi - Ailəsindən AÇIQLAMA
06 Oktyabr 2022
Baxış: 332
Xəbər verildiyi kimi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə dünyasını dəyişib.
AJMEDİA.İNFO xəbər verir ki, Bizim.Media-ya açıqlamasında Araz Əlizadənin oğlu Səməd Əlizadə partiya sədrinin ölüm səbəbini açıqlayıb.
O, deyib ki, Araz Əlizadə son vaxtlar onkoloji xəstəlikdən əziyyət çəkirdi: “atam çox sadə insan idi. Heç kimi narahat etməzdi. Mütəmadi müalicələr alırdı. Amma faydası olmadı. Dünən gecə saatlarında dünyasını dəyişdi”.
Araz Əlizadə bu gün saat 14:00-da Yasamal qəbirstanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Araz Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub. Talış əsillidir. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.
Azərbaycanlı siyasətçi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri olub. 2013-cü il prezident seçkilərində iştirak edib.