06 May 2024
Arayik Arutyunyanın azərbaycanlı vəkili DANIŞDI: "Peşə borcumdur..."

Arayik Arutyunyanın azərbaycanlı vəkili DANIŞDI: "Peşə borcumdur..."

04 Oktyabr 2023
Baxış: 664

Xankəndidə həbs edilərək Bakıya gətirilən separatçı Arayik Arutunyanın vəkilinin kimliyi məlum olub.

AJMEDİA.İNFO xəbər verir ki, onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək.

Alov Səfərəliyev açıqlamasında faktı təsdiqləyib: “Bu gün Arayik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.

Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!” (Azinforum.az)