23 Aprel 2024
"Alov sönməyə doğru gedir" - SOCAR-dan Xəzərdəki partlayışla bağlı YENİ AÇIQLAMA

"Alov sönməyə doğru gedir" - SOCAR-dan Xəzərdəki partlayışla bağlı YENİ AÇIQLAMA

05 İyul 2021
Baxış: 463

İyulun 4-də axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirildiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) heç bir sənaye obyektinə zərər dəyməyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə SOCAR-ın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir.

Bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb.

Neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.