28 Mart 2024
Almaniyanın Dortmund şəhərində 1942-ci ildən sonra ilk dəfə yəhudi məktəbi açıldı

Almaniyanın Dortmund şəhərində 1942-ci ildən sonra ilk dəfə yəhudi məktəbi açıldı

21 Aprel 2020
Baxış: 2781

Yerusəlim Post qəzeti xəbər verir ki, Holokost Anım Günü ərəfəsində Dortmund Şəhər Şurası yəhudi məktəbinin açılşın edib.

Yerli icmanın ravvini Barux Babayevin dediyinə görə, məktəbın 70 şagirdi 1942-ci ildə Latviya gettosuna sürgün olunana qədər burada işləmişdir. "Məktəb şəhərin yəhudi həyatının son simvolu olub, məktəb yenidən təmir olunaraq istifadəyə verilib - bu, nasistlərin məhv edildiyini düşündüyü insanların qayıdışının bir əlamətidir" deyə ravvin qürurla bildirib.

"Dortmunddakı yəhudi icması müharibədən sonra bərpa olunub və 90-cı illərdə postsovet məkanından gələn mühacirlərlə doldurulub. Bu gün üç minə yaxın adam, eyni say 1938-ci ildə burada yaşamışdır. Sinaqoqumuz, mikvahımız, mədəniyyət mərkəzimiz var, bir məktəb haqqında xəyal qururduq. Camaat yerli əhali ilə yaxşı münasibət qurur, ancaq neonasizm təhlükəsi artır. Yəhudilər müntəzəm məktəblərə gedirlər və hücuma məruz qala bilərlər. Bir neçə il ərzində məktəb açmaq üçün icazə istədik və indi xəyal gerçəkləşdi. Bu il Tanrının köməyi ilə 100 yəhudi uşaq məktəbimizdə təhsil ala biləcək "deyə o qeyd edib.