25 Aprel 2024
Almaniyanı məhv etmək lazımdır! - JİRİNOVSKİ

Almaniyanı məhv etmək lazımdır! - JİRİNOVSKİ

17 May 2021
Baxış: 2276

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski Almaniyanın dövlət kimi məhv edilməsi fərziyyəsini irəli sürüb.

AJMEDİA.info xəbər verir ki, partiya lideri bu barədə “Komsomolskaya Pravda”ya açıqlamasında deyib.

“Almanlar, doğrudur, onları dövlət kimi məhv etmək lazım idi. Onlar olmamalı idilər. Birinci Dünya müharibəsini başlatdılar və milyonlarla insan öldü. Bizi isə İkinci Dünya müharibəsində dünyanı xilas etdiyimiz üçün alçaldırlar”, - deyə Jirinovski bildirib.

Onun sözlərinə görə, inqilab baş verməsəydi, Rusiya hərbçiləri 1917-ci ilin noyabrından bəri Almaniyada dayanacaqdı.