20 Aprel 2024
“Allah qapılarını açmasın ki, biz Zəngəzur dəhlizini açaq” – Millət vəkilindən İLGİNC AÇIQLAMA

“Allah qapılarını açmasın ki, biz Zəngəzur dəhlizini açaq” – Millət vəkilindən İLGİNC AÇIQLAMA

27 İyul 2021
Baxış: 653

Ermənistanda baş verənləri diqqətdə saxlamağımız və buna qarşı tədbirlər görməyimiz vacibdir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu açıqlamasında millət vəkili Fazil Mustafa səsləndirib. Onun sözlərinə görə, ötən həftə Qarabağdakı erməni separatçıları bəyan ediblər ki, iyulun 1-dək “Dağlıq Qarabağ”dan 21.615 məcburi köçkün Ermənistan torpaqlarında yaşayır. Bu statistika şişirdilmiş olduğuna görə, öz rəqəmlərimizi gündəmə gətirməliyik: “Bu arada erməni ombudsmanı bildirib ki, “Dağlıq Qarabağ xalqı Azərbaycan ilə əsla sülh içində yaşamadı və yaşaya bilməz”. Fikrimcə bizim ombudsman da buna təqribən belə cavab verməlidir:

“Ümid edirik ki, başınıza dəyən dəmir yumruqdan sonra tərbiyələnib sülh içində yaşamağa alışacaqsınız”. Bir səfeh də ingilislərin içində baş qaldırıb. İngilis millət vəkili Rupa Huq, hökuməti saxta erməni “soyqırımı”nı tanımağa çağırıb”.

Fazil Mustafa əlavə edib ki, Ermənistan Azərbaycanın 2020-ci il Qarabağ savaşı sırasında və sonrasında törətdiyi müharibə cinayətlərini təqdim edən yeni bir web səhifə açıb: “Bu addıma mütləq qarşılıq verməliyik və ermənilərin 30 il ərzində törətdiyi cinayətlər və vəhşiliklər barədə bilgiləri fərqli dillərdə dünyaya tirajlamalıyıq. Müsbət işlərdən biri də budur ki, vaxtilə Ermənistana verilmiş Qərbi Zəngəzurda (Sünik rayonunda) ana müxalifətdəki “Hayastan” blokuna bağlı olan bəzi bələdiyyə sədrləri həbs olunub. Zəngəzurun ekstremistlərdən təmizlənməsi hər mənada işimizə yarayır. Allah qapılarını açmasın ki, biz Zəngəzur dəhlizini açaq.