29 Mart 2024
Aİ-yə üzv ölkələrin daimi nümayəndələri "Brexit" ticarət sazişini təsdiqləyib

Aİ-yə üzv ölkələrin daimi nümayəndələri "Brexit" ticarət sazişini təsdiqləyib

28 Dekabr 2020
Baxış: 1253

Avropa İttifaqına (Aİ) üzv ölkələrin təşkilatdakı daimi nümayəndələri post-"Brexit" ticarət sazişini təsdiqləyib.

AJM-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin sözçüsü Sebastian Fişer bildirib.

"Daimi nümayəndələr yekdilliklə Britaniya ilə Ticarət və Əməkdaşlıq Sazişinin 1 yanvar 2021-ci il tarixindən etibarən tətbiqini təsdiqləyiblər", - deyə o vurğulayıb.

Bunun ardınca isə prosedur qaydalarına uyğun olaraq üzv ölkələrin hər biri rəsmi təsdiq məktubu göndərəcək. Bu isə o deməkdir ki, Avropa Parlamenti fevraladək bu sazişi təsdiqləməsə belə Ticarət Sazişi yanvarın 1-dən qüvvəyə minəcək.

Teqlər: