26 Aprel 2024
Adolf Hitlerin 4 tonluq qızıl xəzinəsi TAPILDI

Adolf Hitlerin 4 tonluq qızıl xəzinəsi TAPILDI

12 May 2022
Baxış: 620

Polşada bir qrup xəzinə ovçusu Hitlerə aid olduğu deyilən 4 tonluq qızıl xəzinə tapıb.


AJMEDİA.İNFO-nun xarici mediaya istinadən məlumatına görə, Polşada özlərini “Silesian Bridge” adlandıran bir qrup xəzinə ovçusunun bir evin bağçasında qazıntı zamanı tapdıqları xəzinə icmasında səs-küyə səbəb olub.

Nasist əsgərinə məxsus gündəlik əsasında qazıntı işləri aparan xəzinə ovçuları qrupu, mövcud mənbələrə görə Hitlerə aid olduğu müəyyən edilən 4 tonluq qızıl xəzinə tapıblar.

Qrup lazımi yerlərdən rəsmi icazə aldıqdan sonra qazıntı işlərinə başlayıb.

Qazıntıda keçmiş nasist əsgərinin gündəliyindən istifadə edilib.

Qızılların 1939-cu ildə İkinci Dünya Müharibəsi zamanı Qırmızı Ordunun ələ keçirilməsinin qarşısını almaq üçün Hitlerin mühafizəçiləri tərəfindən yerin altına basdırıldığı öyrənilib.

Günlərlə aparılan qazıntılar nəticəsində 1,5 metr dərinlikdəki qızıl tapılıb.

Lakin, qızıl onu əhatə edən metalla birləşib.

Xəzinə ovçuları rəsmi icazədən sonra qızılların ayrılması prosesini həyata keçirəcəklər.