16 Aprel 2024
ABŞ və Rusiya İrana qarşı BİRLƏŞDİ: "Nüvə silahı..."

ABŞ və Rusiya İrana qarşı BİRLƏŞDİ: "Nüvə silahı..."

08 Oktyabr 2021
Baxış: 810

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi İranın Rusiya ilə əməkdaşlığını konstruktiv qiymətləndirib.

AJMEDİA.İNFO RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ned Prays keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, rəsmi Moskva ilə Vaşinqtonun bır sıra dərin fikir ayrılıqları mövcud olsa da, İranla bağlı yanaşmaları eynidir:

“Rusiya “Altılıq” kontekstində öz yanaşmasında konstruktivdir və biz Rusiya ilə razıyıq ki, İran nüvə silahı əldə etməsin”.