20 Aprel 2024
ABŞ və Almaniya İsraillə Fələstin arasındakı atəşkəsi MÜZAKİRƏ ETDİ

ABŞ və Almaniya İsraillə Fələstin arasındakı atəşkəsi MÜZAKİRƏ ETDİ

25 May 2021
Baxış: 651

ABŞ Dövlət katibi Entoni Blinken və Almaniya xarici işlər naziri Hayko Maas arasında telefon danışığı baş tutub.

AJMEDİA.info xəbər verir ki, bu barədə Almaniya XİN-nin məlumatında deyilir.

Rəsmilər Yaxın Şərqdəki vəziyyət və Minskdə “Ryanair”ə məxsus sərnişin təyyarəsi ilə bağlı baş vermiş insidenti müzakirə ediblər.

Maas ötən həftə İsrail və Fələstin tərəfi ilə apardığı danışıqlar barədə Blinkenə məlumat verib.

“Əsas hədəf – atəşkəsin və uzunvədəli həll yolunun sabitləşməsi... Həmçinin “Ryanair” insidenti ilə bağlı verilən reaksiyaların yaxından koordinasiya edilməsi barədə razılığa gəlindi”, - deyə bildirilib.