24 Aprel 2024
ABŞ məhkəməsi İran və Suriyanı Fələstinin İsraildəki amerikalılara hücumlarında günahkar bildi

ABŞ məhkəməsi İran və Suriyanı Fələstinin İsraildəki amerikalılara hücumlarında günahkar bildi

03 İyun 2020
Baxış: 440

Kolumbiya dairə Məhkəməsi, Fələstinlilərin İsrail vətəndaşlarına hücumlarına görə İran və Suriya cavabdehlik daşıyır.

Kolumbiya dairə Rayon Məhkəməsinin hakimi Randolph D. Moss, 7 Fələstinli hücumda yaralanan və öldürülən Amerika vətəndaşlarının İran və Suriyadan təzminat almalarına qərar verib. Bu barədə "The Times Of Israel" xəbər verir.

İran və Suriya, Fələstin terror təşkilatı Həmas və İslami Cihad qruplarına maddi dəstək verdikləri üçün ABŞ vətəndaşlarına Fələstinin hücumlarına görə məsuliyyət daşıyırlar.

Bununla yanaşı, İran və ABŞ arasında diplomatik münasibətlər olmadığı üçün verilən qərarın həyata keçirilməsinin çox çətin olduğu qeyd olunur. İran və Suriya hökumətlərini həftə ərzində necə məsuliyyətə cəlb etmək də məlum deyil.