23 Aprel 2024
ABŞ-la İsrail arasında GİZLİ GÖRÜŞ: İrana qarşı B planı İŞƏ SALINACAQ

ABŞ-la İsrail arasında GİZLİ GÖRÜŞ: İrana qarşı B planı İŞƏ SALINACAQ

23 Sentyabr 2021
Baxış: 547

"Amerika və İsrail İrana qarşı "B planı"nı işə sala bilərlər".


Ötən həftə Amerika və İsrail rəsmilərinin keçirdikləri onlayn görüşün bəzi ayrıntıları məlum olub.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Axios" saytı adını çəkmədiyi İsrail rəsmilərinə istinadən xəbər yayıb.


Bildirilir ki, Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan ilə israilli həmkarı Eyal Hulatanın başçılığı altında "online" keçirilən görüşdə əsas İranın atom razılaşmasının canlandırılması üzrə məsələlər müzakirə edilib.


Tərəflər İranın atom anlaşmasına qayıtmadığı halda, "B planı"nın işə salınması fikrini irəli sürüblər. Bu planda danışıqlar nəticəsiz başa çatarsa, Amerikanın İrana qarşı yeni sanksiyalar (təhrim) qəbul etməsi nəzərdə tutulur.


Videokonfrans zamanı amerikalı rəsmilər bildiriblər ki, əgər atom danışıqları tezliklə yenidən başlamazsa, Tehrana qarşı yeni embarqolar qoyulacaq.


Bundan başqa, Amerika Xarici İşlər Vəzirliyinin sözçülərindən biri "Axios" saytına açıqlamasında deyib ki, Vaşinqton İranla bağlı məsələlərin bir çoxunu Tel-Əvivlə müzakirə etməyə davam edir.(Azad İran)