Bakıda bu tarixdə yeni "Mall" açılacaq - FOTO
6 saat əvvəlABŞ İsraildən 120 nəfəri evakuasiya ETDİ
14 May 2021
Baxış: 474
Amerika rəhbərliyi Fələstinlə İsrail arasındakı qarşıdurmanın artması fonunda İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı evakuasiya edib.
AJMEDİA.info xəbər verir ki, bunu “ CNN” televiziyasının jurnalisti Barbara Star ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən özünün tvitterində yazıb.
Jurnalist bildirib ki, təlimlərə hazırlaşan hərbçilər və mülki şəxs olan digər heyət üzvləri C-17 hərbi təyyarə ilə İsrail ərazisini tərk edib. Onlar Almaniyaya aparılıblar.