25 Aprel 2024
ABŞ iqtisadiyyatı rəsmən resessiya mərhələsinə daxil olub

ABŞ iqtisadiyyatı rəsmən resessiya mərhələsinə daxil olub

09 İyun 2020
Baxış: 492

ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosu COVID-19 pandemiyası səbəbindən ABŞ iqtisadiyyatının resessiya mərhələsinə daxil olması barədə hesabat dərc edib.

AJM xəbər verir ki, hesabatın müəllifləri koronavirusun yayılması səbəbindən iş yerlərinin və istehlak tələbatının azalması ilə ABŞ iqtisadiyyatı tarixinin 2009-cu ilin iyun ayından başlayaraq 128 ay davam etmiş ən uzunmüddətli iqtisadi artım epoxasına son qoyulduğunu qeyd ediblər.

ABŞ-da iqtisadi resessiya adətən istehsalatda ardıcıl iki rüb ərzində müşahidə edilən mənfi artım tempindən sonra elan olunur. Milli İqtisadi Tədqiqatlar Bürosunun nümayəndələri "əhəmiyyətli dərəcədə azalmanın" artıq fevral ayında başlandığını bildiriblər.

Pandemiya mərhələsinin başlanğıcından bəri Amerika Birləşmiş Ştatlarında 42 milyondan çox insan iş yerini itirib və işsizlik müavinəti almaq üçün müraciət edib. Ştatların administrasiyaları tərəfindən koronavirusa görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər səbəbindən minlərlə müəssisə öz fəaliyyətlərini dayandırmalı olub.

Teqlər: ABŞ