28 Mart 2024
ABŞ-ın neft ehtiyatları yenidən artıb

ABŞ-ın neft ehtiyatları yenidən artıb

10 İyun 2020
Baxış: 601

Amerika neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (1-5 iyun) yenidən artıb.

"AJM-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 8,4 mln. barel artaraq 539,4 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 1,2 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Teqlər: ABŞ