25 Aprel 2024
ABŞ-ın Kabilə raket hücumu doqquz nəfərlik ailəni məhv etdi

ABŞ-ın Kabilə raket hücumu doqquz nəfərlik ailəni məhv etdi

30 Avqust 2021
Baxış: 450

ABŞ Silahlı Qüvvələrinin ötən bazar günü Kabilə endirdiyi raket zərbəsi nəticəsində 9 nəfər həlak olub.

Onların hamısı eyni ailənin üzvləridir. Qurbanların arasında ən kiçiyinin iki yaşı olmaqla, altı uşaq var.

Bundan əvvəl Kabildə ABŞ qüvvələri tərəfindən 7 nəfərin öldürüldüyü bildirilmişdi.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü Uilliam Urban bildirib ki, Vaşinqton hazırda mülki şəxslərin ölüm xəbərləri fonunda yoxlamalar aparır.

Hadisə zamanı üç nəfər həlak olub, on nəfər yaralanıb. (CNN)