19 Aprel 2024
ABŞ-ın İsraillə bağlı açıqlaması müzakirələrə SƏBƏB OLDU

ABŞ-ın İsraillə bağlı açıqlaması müzakirələrə SƏBƏB OLDU

11 May 2021
Baxış: 742

ABŞ hökumətinin İsrailin fələstinlilərə qarşı hücumlarını qınamaqdan çəkinməsi müzakirələrə səbəb olub.

AJMEDİA.info xəbər verir ki, Ağ Evin sözçüsü Jen Psaki açıqlama verərək sadəcə Şərqi Qüdsdəki şiddətdən narahat olduqlarını və hadisələri yaxından izlədiklərini bildirib.

Şərqi Qüdsü İsrail adlandıran Psaki “İsraildə davam edən şiddəti yaxından izləyirik. Son zamanlarda gördüyümüz şiddətli qarşıdurmalar da daxil olmaqla bölgədəki vəziyyətdən narahatlıq duyuruq”,- deyə vurğulayıb.

Amerikalı rəsminin sözügedən bəyanatı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.