23 Aprel 2024
ABŞ Fələstinlə bağlı qətnaməni 3-cü dəfə blokladı - İsrailin xeyirinə

ABŞ Fələstinlə bağlı qətnaməni 3-cü dəfə blokladı - İsrailin xeyirinə

17 May 2021
Baxış: 2514

ABŞ bu həftə ərzində üçüncü dəfə BMT Təhlükəsizlik Şurasında İsraillə HƏMAS arasında atəşkəsin dərhal dayandırılmasına ediləcək çağırışın qəbulunu bloklayıb.

AJMEDİ.info xəbər verir ki, bu barədə məlumatı “Tayms of İsrail” qəzeti yayıb.

Layihə Norveç, Tunis və Çin tərəfindən hazırlanıb. Layihədə konfliktin hər iki tərəfi tənqid edilib.

BMT Təhlükəsizlik Şurasında qətnaməni 15 üzvdən 14-ü müdafiə edib.