25 Aprel 2024
ABŞ-dan İsrail və Fələstinə çağırış: "Son verin..."

ABŞ-dan İsrail və Fələstinə çağırış: "Son verin..."

12 May 2021
Baxış: 568

ABŞ dövlət katibi Entoni Blinken İsrail və Fələsinə zorakılığa son vermək çağırışı edib.

AJMEDİA.info xəbər verir ki, dövlət katibi İsrailin Xarici işlər naziri Gabi Aşkenazi ilə telefon müzakirəsi zamanı bu çağırışı edib.

Dövlət Departamentinin sözçüsü Ned Prikenin yaydığı açıqlamada bildirilib ki, Blinken İsrailə raket hücumundan narahatlığını dilə gətirib və bu hücum zaman həyatını itirənlərə başsağlığı verib. Blinken İsrail hücumları nəticəsində ölən fələstinlilər üçün də başsağlığı verib.

“Dövlət katibi bir daha bütün tərəfləri gərginliyi azaltmağa və aralarında uşaqların da olduğu fələstinli və israillilərin həyatı bahasına başa gələn zorakılıq hallarına son vermək çağırışı edib. Blinken eyni zamanda israillilər ilə fələstinlilərin sabit, təhlükəsizlik içində yaşaya bilmələri üçün bərabər dərəcədə azadlıq, təhlükəsizlik, rifah və demokratiyaya sahib olmalarının vacibliyinin altını cızıb”, - Dövlət Departamentinin açıqlamasında qeyd edilib. Blinken həmçinin ABŞ-ın İsrailə olan sarsılmaz dəstəyini ifadə edib.(teleqraf)