28 Mart 2024
ABŞ-da koronavirusa yoluxanların sayı 40 milyona yaxınlaşır

ABŞ-da koronavirusa yoluxanların sayı 40 milyona yaxınlaşır

03 Sentyabr 2021
Baxış: 2402

ABŞ-da yeni növ koronavirus səbəbindən ölənlərin sayı son 24 saatda 1 613 artaraq 643 min 706-ya yüksəlib.

AJMEDİA.İNFO xəbər verir ki, Cons Hopkins Universitetinin tərtib etdiyi məlumatlara görə, yoluxanların sayı 39 milyon 553 mini keçib.

Kaliforniya 4 milyon 394 mindən çox yoluxma ilə ölkədə birinci yerdədir. Ölənlərin sayına görə də Kaliforniya 66 182 ölüm sayı ilə ilk yeri tutur.

ABŞ-da 205 milyon 911 min insan birinci, 174 milyon 973 min insan ikinci doza peyvənd olunub.