26 Aprel 2024
Abramoviç işçilərinin maaşlarını ödəmək üçün dostlarından borc istəyir

Abramoviç işçilərinin maaşlarını ödəmək üçün dostlarından borc istəyir

06 Aprel 2022
Baxış: 503

Rusiyalı milyarder Roman Abramoviç sanksiyalara görə özünün amerikalı dostlarından borc almağa məcbur olub.

Rusiyalı milyarderin işçilərinin əmək haqqını ödəmək üçün həftəlik olaraq 750 min dollara ehtiyacı var.

Rusiyalı milyarderin çox sayda zəngin dostları olmasına baxmayaraq, onların da sanksiyalara görə R.Abramoviçə borc verməkdən çəkindiyi bildirilir.

Məsələn, Hollivud prodüseri və rejissoru Brett Ratner, həmçinin Rotşild ailəsi nağd vəsaitləri olmadığına və ya bunun hansı hüquqi nəticələrə səbəb olacağını bilmədiklərinə görə R.Abramoviçə borc verməkdən imtina ediblər. YeniMusavat